Bakıda orta məktəbdə bıçaqlanma olub.

Unikal.org APA-ya istinadən xəbər verir ki, paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 85 saylı orta məktəbdə 11-ci sinif şagirdi, 17 yaşlı Turan Vüqar oğlu Əliyev məktəb yoldaşı, 17 yaşlı Tərlan Vasif oğlu Hacıyev tərəfindən bıçaqlanıb. Xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi araşdırma aparır.