Bakıda yüksək dozada narkotik qəbul edən qadın ölüb.

Unikal.org-un APA-ya istinadən məlumata görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon sakini, 1982-ci il təvəllüdlü Könül Qəhramanlı bir neçə gün əvvəl yüksək dozada narkotik qəbul etdiyi üçün zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.