Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə layihəsinə start verilib.
İdarədən Unikal.org-a bildirilib ki, layihənin gerçəkləşdiyi ilk gün200 nəfərdən çox turist üçün kulinar ustad saatları keçirilib,onlara milli mətbəximizin ən ləziztəamlarından biri olan qutabın hazırlanma prosesi nümayiş etdirilib, daha sonra iştirakçıların hər birinə öz əlləri ilə qutabın bişirilməsi üçün şərait yaradılıb.
Layihə Azərbaycanınzəngin mətbəxinin təbliği və müxtəlif milli yeməklərin hazırlanma qaydalarını turistlərə təqdim etmək məqsədi daşıyır.oxu.az