Bakının Sabunçu rayonunda sərnişin avtobuslarının toqquşması nəticəsində xəsarət alanların adları məlum olub.

Unikal.org reprort-a istinadən xəbər verir ki, bunlar 20 yaşlı Eliya Vahid qızı Axundova və 26 yaşlı Röyal Məmməd oğlu Nəbiyevdir.

Müxtəlif dərəcəli bədən xəsarətləri almış yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

15:40

Bakıda sərnişin avtobusları toqquşub, yaralananlar var.

Unikal.org xəbər verir ki, hadisə şahidlərinin "Report"a verdiyi məlumata görə, hadisə Zabrat yolunda baş verib.

Belə ki, 10-TE-168 qeydiyyat nömrə nişanlı, 198 saylı sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan 163 saylı 90-SR-660 dövlət qeydiyyat nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub.

Qəza nəticəsində hər iki avtobusda olan sərnişinlər xəsarət alıblar. Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib.