Cəlilabad rayonunda velosipedçi yük avtomobilinin altında qalaraq ölüb.

Unikal.org "Reporta istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində baş verib.

Belə ki, rayonun Kövüzbulaq kənd sakini İlham Ağayev idarə etditi "Zil markalı yük maşını ilə Uzuntəpə kənd sakini, 14 yaşlı Elnur Mirzəyevi vurub. Yük maşınının altında qalan yeniyetmə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.