Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org bildirir ki, APA-nın şimal bürosunun məlumatına görə, hadisə rayonun Dəlləkli kəndi ərazisində qeydə alınıb.

İçərisində 11 nəfərin olduğu "Qazel markalı avtomaşın aşıb. Qəza nəticəsində bağlardan meyvə yığmağa gedən 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 7-si ilkin tibbi yardımdan sonra evə buraxılıb, 4 nəfərin müalicəsi Quba Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir.

Fakt araşdırılır.