Türkiyədə Azərbaycan vətəndaşı 90 yaşlı qadının evinə girərək ondan hədə qorxu yolu ilə 3 min manatlıq oğurluq edib.
Unikal.org-un türkiyə mətbuatına istinadən xəbər verir ki, Muğlanın Marmaris rayonunda, 33 yaşındakı Azərbaycan vətəndaşı Sərxan Səfərov 90 yaşlı əlil arabasında oturan qadını döyərək, onun evindən 6 min lirəlik zinət əşyalarını oğurlayıb. Yaşlı qadın Azərbaycanlı oğrunun əlindən onun cinsi orqanını sıxmaqla qurtara bilib.
Hadisə isə belə olub:
Təkərli araba ilə yolda gəzərkən yorulan Sebahat Çələbi, özünü evinə aparması üçün Sərxan Səfərovdan kömək istəyib. Sərxan yaşlı qadını Çıldır məhəlləsi, 142 saylı küçədəki evinə gətirib. O, yaşlı qadından çay qoymasını istəyib. Evə girən Sərxan dərhal qadına hücum edib. Sonra o əlinə keçirdiyi dəsmala qadını boğmağa başlayıb. Bu zaman qadın Sərxaının cinsi orqanını sıxmaqla xilas ola bilib.
Daha sonra yaşlı qadın Sərxana onu öldürmək əvəzinə qızıl və pul təklif edib. Azərbaycanlı oğru bununla razılaşaraq qadının 6 min lirəlik olan 4 bilərzik, 2 boyunbağı və 1 üzüyü alaraq evdən ayrılıb.
Video görüntülər əsasında polis təcəvüzkarı yaxalaya bilib.