Gəncədə mənzildə partlayış baş verib, bir nəfər xəsarət alıb. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Rəhim Hüseynov küçəsi, 18 ünvanında baş verib. 1968-ci il təvəllüdlü Ağayev Adil Misir oğlu yaşadığı evdə su qızdırıcı sobanı işə salarkən partlayış baş verib. 
A.Ağayev yanıq xəsarətləri alaraq Gəncə Şəhər Təcili-Tibi Yardım Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.