Əsasən 3-4 yaşları arasında müxtəlif psixoloji təzyiqlərdən sonra yaranan dırnaq yemə vərdişi niyə baş verir və qarşısını necə almaq olar?
Unikal.org deyerler.org-a istinadən bildirir ki, uşaqlıq dövründə əlinizi ağzına alma vərdişi refleks və təbii bir vəziyyət kimi hesab olunur. Bu ana-süd əlaqəsi səbəbilə özünü etibarlı hiss etmək ehtiyacı kimi qəbul olunur.
Lakin 3-4 yaşdan etibarən 6 yaşa qədər ciddi şəkildə rast gəlinən dırnaq yemə vərdişi, stress, təzyiq, ailədə yeni uşağın doğuşu, ailə daxili narahatlıqlar, qorxu, sıxıntı, qayğı və s. amillər səbəbilə ortaya çıxır.
Xüsusilə qayğısız böyüyən uşaqlarda dırnaq yemə davranışı daha tez-tez baş verir.
Ailəsində və ya ətrafında dırnaq yeyən birinin görülməsi də dırnaq yeməyə təkan verən mühüm amillərdəndir.
Məktəb dövründəki uşaqlarda isə, qəzəb, şiddət və aqressivlik, özünə inamsızlıq, yoldaşlıq münasibətlərində yaranan problemlər, diqqət çatışmazlığı, öyrənmədə çətinlik, məktəb və müəllim ilə bağlı yaranan problemlər dırnaq yəmənin mühüm səbəbləri arasındadır.
Bəs dırnaq yemə vərdişinin qarşısını necə almaq olar?
Ən uzunmüddətli həll davranışın kökünü müəyyən edərək, uşaq ilə əməkdaşlıq çərçivəsində səbəblərin aradan qaldırılmasıdır.
Kiçik yaşlarda oyuncaq ilə uşağın diqqəti fərqli bir istiqamətə yönəldilməlidir.
Dırnaq yemə davranşı baş verən vaxt müddətini müəyyən edərək, bu vaxt kəsiyində bir fəaliyyətlə məşğul olmaq lazımdır.
Uşaqlarda qorxu və qayğıya təkan verən faktorları müəyyən edərək, qarşısına keçmək lazımdır.
Uşağın hiss və düşüncələrini rahatca paylaşması öyrədilməlidir.
Yuxuda dırnaq yemə vərdişi müşahidə olundusa, yuxuya gedənə qədər əlləri məşğul edilərək, yuxuya getdikdən sonra, narahat etməmək üçün bir əlcəkdən istifadə edilməlidir.