Bakının Yasamal rayonunda 7 yaşlı qızın xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Unikal.org report.az-a istinadən bildirir ki, 2010-cu il təvəllüdlü Məhərrəmli Vəfa Hüseyn qızı yataq otağında oynayan zaman şkafa toxunub. Nəticədə şkaf V.Məhərrəmlinin üzərinə aşıb.

O, ağır xəsarət alaraq valideynləri tərəfindən xəstəxanaya yerləşdirilib.

Həkimlər uşağın vəziyyətini orta sabit-ağır kimi qiymətləndirirlər.