Tut yarpağında olan maddələr ürək sağlamlığına müsbət istiqamətdə təsir göstərir.
Ürək xəstəlikləri üçün tut yarpaqları və yemişan çiçəkləri eyni nisbətdə qaynadılıb gün ərzində istehlak edilməlidir.
Unikal.orgbildirir ki, tut yarpağı boğaz iltihablarını müalicə edir, bronxitin müalicəsində faydalıdır, quru öskürəyi aradan qaldırır. Bunun üçün tut yarpağından əldə edilən çay səhər və şam yeməyi ərəfəsində ac olaraq istehlak edilməlidir.
Tut yarpağı həmçinin qaraciyər xəstəliklərinin qarşısını alır, bunun üçün gündə üç stəkan istehlak edilməlidir.
Gündə iki stəkan tut yarpağı çayı içiləndə orqanizmdə müqavimət artır, diş ağrılarını aradan qaldırır. Bunun üçün bir litr soyuq suya iki yemək qaşığı tut yarpağı qoyulur və 10 dəqiqə qaynadılır. Əldə edilən bu suyla qarqara edildikdə diş ağrıları yoxa çıxır.
Ağ tut yarpaqlarında olan maddələr qanda şəkər səviyyəsini aşağı salır.
Tut yarpağı çayı beynin və bədənin sakitləşməsinə kömək edir.deyerler.org