Almaniya hökuməti Türkiyədəki İncirlik hərbi bazasındakı öz qüvvələrini geri çəkmək barədə qərar qəbul edib.

Unikal.org-un "CNN Türkə istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinin qərarına əsasən 260 alman əsgəri və "Tornado" təyyarələri bazadan çıxarılacaq.

Xatırladaq ki, alman hərbi qüvvələri İŞİD-lə mübarizə məqsədilə İncirlikə yerləşdirilmişdi.