Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazanla bağlı fətvan; pozan din xadimini cəzalandırıb.
Unikal.org xəbər verir ki, QMİ-dən APA-ya verilən məlumata görə, Qazılar Şurasının 24.05.2017-ci il tarixli Fətvasının tələblərini kobud şəkildə pozduğu üçün Ağdaş rayonu Qobuüstü kənd məscidinin dini ayinlər icraçısı Məmmədov Nurməhəmməd Rəsul oğlu İdarə rəhbərliyinin əmri ilə tutduğu vəzifədən azad edilib.