Hazırda yoğun bağırsaq xərçəngi süd vəzi və ağciyər xərçəngindən sonra 3-cü ən yayılmış onkoloji xəstəliklərdən biri sayılır. Son zamanlar bu xərçəng növü xeyli "cavanlaşıb" və tez-tez 40 yaşdan cavan olan insanlarda aşkar olunur.
Xəstəliyin ilk mərhələlərində yoğun bağırsaq xərçəngi uğurla müalicə olunur. Lakin təəssüf ki, ilk mərhələlərdə bir çox digər xərçəng növləri kimi yoğun bağırsaq xərçəngi də özünü çox cüzi simptomlarla büruzə verir. Sağlamlığına qarşı daim diqqətli olan insan bu simptomları hiss edib?vaxtında həkimə müraciət etməklə sağlamlığını və həyatını xilas edə bilər.
Unikal.org yoğun bağırsaq xərçənginin ilk 4 simptomunu təqdim edir.
1. Defekasiya zamanı çoxlu qan ifrazı. Nəcis kütləsi yoğun bağırsaqdan keçdikdə şişi zədələyir ki, nəticədə qan ifraz olunur. Nəzərə almaq lazımdır ki, qanifrazının səbəbi babasil və bağırsaq çatı da ola bilər. Lakin hər halda müayinədən keçmək yaxşı olar.
2. Tez-tez təkrarlanan qəbizlik. Bağırsağın daxilində inkişaf edən şiş nəcis kütləsinin bağırsaqdan rahat çıxmasına mane olur. Əgər sizdə buna heç bir səbəb olmadan (adi qidalanma, həyat tərzi və s.) birdən-birə qəbizlik inkişaf edibsə, bu, çox ciddi simptom sayıla bilər.
3. Qarının aşağı hissəsində ağrılar və güclü spazmlar.
4. Nəcis kütləsinin formasının dəyişilməsi (nazik, "karandaş" kimi olur). Bu da çox ciddi simptomdur. Şiş bağırsağı daraldır ki, nəcis kütləsi də nazik olur.saglamolun.az