Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin Ramazanla bağlı fətvanı pozan din xadimini cəzalandırması barədə xəbər vermişdik.Qazılar Şurasının 24.05.2017-ci il tarixli Fətvasının tələblərini kobud şəkildə pozduğu üçün Ağdaş rayonu Qobuüstü kənd məscidinin dini ayinlər icraçısı Məmmədov Nurməhəmməd Rəsul oğlu İdarə rəhbərliyinin əmri ilə tutduğu vəzifədən azad edilib.
Məsələ ilə bağlı Unikal.org vəzifəsindən azad olunan N.Məmmədovla əlaqə saxlayıb. O, haqqında şeyxə yalan məlumat verildiyini və ehtimal əsasında bu addımın onun həmkarları tərəfindən bilərəkdən atıldığını, heç zaman QMİ-nin təlimatlarından kənara çıxmadığını dilə gətirib.
Nurməhəmməd Məmmədov əvvəl başına gələn olayla bağlı bizə ətraflı məlumat versə də üzərindən 30 dəqiqə keçdikdən sonra yenidən bizimlə əlaqə yaradıb və bildirib ki, o yenidən Ağdaş rayonu Qobuüstü kənd məscidinin dini ayinlər icraçısı vəzifəsinə qaytarılıb:
"Allaha şükür sizdən sonra zəng gəldi ki, hər şey öz qaydasındadır, işinizi görün. Şükürlər olsun ki, hər şey qaydasındadır və heç bir problem yoxdur. Bu problem xoşluqla, gözəlliklə həll edildi. Şeyx məni yenidən öz işimə bərpa etdi. Bir Ramazan hörmətinə xahiş edirəm ki, artıq hasısa sözə ehtiyac yoxdur.