Elnur Əliyev Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəsi təyin edilib. Bu, Azərbaycanın ticarət nümayəndəsi təyin olunduğu 3-cü xarici ölkədir.
İqtisadiyyat Nazirliyindən Unikal.org-a verilən məlumata görə, bundan əvvəl Azərbaycan Prezidentinin 2017-ci il 26 yanvar tarixli "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında Fərmanı ilə verilmiş tapşırıqların icrası olaraq, Rusiya və Çində Azərbaycanın ticarət nümayəndəsi təyin edilib.
Elnur Əliyev bu təyinatdan əvvəl Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq və inkişaf idarəsinin rəis müavini olub. İngilis, rus, fransız və ərəb dillərini sərbəst bilir.