Bakıda 18 yaşlı qız itkin düşüb.
Unikal.org lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayan 1999-cu il təvəllüdlü Məmmədova Cahan Əlişir qızı (ad şərtidir) mayın 26-da evdən çıxıb və bir daha geri qayıtmayıb. Yaxınları onun fotosunu və xarakterik əlamətlərini polisə təqdim edib.
Faktla bağlı araşdırma aparılır.