Şəki Qarışıq Tipli Uşaq Evində 18 yaşlı qıza işgəncə verilib.
Unikal.org aznews.az-a istinadən xəbər verir ki, bu barədə "Uşaq Evlərinə Qayğı" İctimai Birliyinin rəhbəri Sahib Teymurov video yayımlayıb. Videogörüntüdə müsahibə verən Aysel ona işgəncə verildiyini deyib: "Çox sıxırlar, ora getmə, bura getmə, işgəncə verirlər. Döyürlər bizi. Çubuqla başımıza, taxta ilə belimizə vururlar. Bizi burada çox incidirlər. O qədər döymüşdülər ki, özümü asmaq istədim. Neynəyim, həyatdan bezirdim. Ürəyimdə fikirləşirəm ki, kimsəsizəm, valideynim olsaydı, heç kəs mənə belə etməzdi".
Sayt məsələ ilə bağlı Şəki Qarışıq Tipli Uşaq Evi ilə əlaqə saxlayıb. Direktor müavini bildirib ki, hazrda Ombudsman uşaq evindədir və o, rəhbərliklə görüşür:
"Videogörüntü ilə bağlı bütün suallara ancaq direktor cavab verir. Onun da yanında Ombudsman olduğundan telefonu götürə bilmir".