Gəncə şəhərində intihara cəhd hadisəsi baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Elçin İslam oğlu Məmmədov yaşadığı evdə sirkə turşusu içərək intihara cəhd edib.
O, yaxınları tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib. Lakin E.Məmmədovun vəziyyəti ağır olduğundan o, Bakı şəhərindəki klinikalardan birinə göndərilib.
Onun hansı səbəbdən intihara cəhd etdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.