Qeyri-adi bacarıqları ilə dünyanın ən reytinqli "America's Got Talent şousunda nümayiş etdirdikləri təhlükəli çıxışları ilə Amerikanı şoka salan Hüseyn və Laçın Pəhləvanoğu qardaşları qazandıqları uğurlarda maddi və mənəvi dəstək göstərdiyi üçün Rusiyada yaşayan azərbaycanlı iş adamı, milyarder Vaqif Məmişova təşəkkür ediblər.
Unikal.org xəbər verir ki, qardaşlar Oxu.Az-a açıqlamalarında Azərbaycan adına qazandıqları uğurlarda "Konrad Şirkətlər Qrupunun prezidenti, Rusiyanın Şimal-Qərb Federal Dairəsi üzrə Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri V.Məmişovun böyük rolu olduğunu bildirdilər:
"Səfərlərimizin çoxu dostlarımızın, rəhmətlik atamızın yaxın dostlarının maddi dəstəyi ilə baş tutub. Biz bu uğurları öz xərcimizlə, bizi sevən, dəstəkləyən insanların köməyilə əldə etmişik. Düzdür, dəvət edən ölkələr xərcləri qarşılayır, amma hamısını deyil. Rusiyada yaşayan azərbaycanlı iş adamı Vaqif Məmişova şəxsən təşəkkür edirik. Çox vətənpərvər insandı. Onun vətənpərvərliyi bizi daha da ruhlandırır. Bizim Amerika uğurumuzda da əziyyəti var, bizə böyük qayğı, dəstək göstərdi.