Xarici Dillər Universitetində rektor təyin olunan Kamal Abdulla iclas keçirib.
Unikal.org-un Lent.az-a istinadən xəbərinə görə, iclasda yeni qaydalar müəyyənləşib və rektor bəzi qərarlar verib.
Universitetdə qəbul edilmiş yeni qərarlar bundan ibarətdir:
- Yay məktəbi tam pulsuz olacaq;
- Apelyasiya imtahanlarında maksimum bal 2-dən 5-ə qaldırılacaq;
- İmtahan nəzarətçiləri fənn və ya fənnə yaxın müəllimlər olacaq;
- İmtahan nəzarətçiləri otaqda gəzməyəcək, tələbənin başının üstündə dayanmayacaq, yerində oturacaq;
- Çöldə əlavə nəzarətçilər olmayacaq, hər imtahan otağında bir nəzarətçi olacaq;
- Universitetdə kitabxana punktu yaradılacaq, tələbələr kitab üçün universitetin Təbriz küçəsindəki tədris binasına getməyəcək. Tələbə kitabın adını deyəcək və kitabxana əməkdaşları gətirib verəcək;
- 4-cü kursda oxuyan oğlan tələbələrə əsgərlik probleminə görə kəsrlərində köməklik olunacaq;
- İslam oyunları könüllüləri üçün heç bir problem yaranmayacaq;
- Tələbənin üzrlü səbəbi olarsa, onun üçün imtahanın vaxtı dəyişdiriləcək;
- Təhsil haqqının ödənişi ilə bağlı çətinlik yaranarsa, rektora ərizə ilə bildiriləcək.