Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı, eləcə də Zığ dairəsi-Hava limanı avto magistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumata görə, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Bakı Nəqliyyat Agentliyi sürücülərdən yollarda müəyyən edilmiş sürət həddinə əməl etmələrini tövsiyə edir.