Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Kərbəla, Nəcəf və Məşhədə təşkil etdiyi ziyarətlərin qiyməti məlum olub.
Unikal.org xəbər verir ki, QMİ-dən APA-ya verilən məlumata görə, səfərlərin ödənişi ABŞ dolları ilə həyata keçiriləcək.
Avtobusla 10 günlük Bakı-Nəcəf-Məşhəd-Bakı səfərinin qiyməti 350-400, təyyarə ilə 10 günlük Samirə, Nəcəf və Kərbəla səfəri isə 1200-1300 ABŞ dolları arasında olacaq.
İndiyədək müxtəlif qurumlar vasitəsi ilə avtobusla həyata keçirilən Məşhəd səfərlərinin qiyməti 200-300 manat, Kərbəla səfərlərinin qiyməti isə 600-800 manat arasında olub.
Qeyd edək ki, QMİ Kərbəla, Nəcəf və Məşhəd şəhərlərində yerləşən müqəddəs yerlərə ziyarətlər təşkil edir. Ziyarətlər peşəkar dini bələdçilərin müşayiətində həyata keçirilir.