Türkiyənin İstanbul şəhərində müalicə aldığı klinikada vəfat edən energetika naziri Natiq Əliyevin nəşi Bakıya sabah gətiriləcək.

Bu barədə Unikal.org-a açıqlamasında Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva bildirib.

"Dəqiqləşdirilmiş məlumata əsasən, nazirin nəşi sabah 09:30-da Bakıya gətiriləcək", - deyə o bildirib.
Qeyd edək ki, N. Əliyevin nəşinin Bakıya bu gün gətiriləcəyi barədə məlumat verilmişdi.