Azərbaycan prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Rebelo de Susanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Unikal.org-un məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli cənab Prezident, ölkənizin milli bayramı - Portuqaliya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına daim sülh və rifah arzulayıram.