İstanbulda müalicə aldığı xəstəxanada vəfat edən Azərbaycan energetika naziri Natiq Əliyevin nəşi xüsusi təyyarə ilə Bakıya gətirilib.

Unikal.org-un xəbərinə görə, onun nəşini gətirən təyyarə Heydər Əliyev adına Hava Limanına enib.

Nazirlə vida mərasimi bu gün saat 12:00-da Şəhriyar adına Mədəniyyət Mərkəzində keçiriləcək.

Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

09:26

İstanbulda vəfat edən Azərbaycanın energetika naziri Natiq Əliyevin cənazəsi xüsusi təyyarə ilə Bakıya yola salınıb.

Unikal.org  xəbər verir kİ, bu gün onunla vida mərasimi keçiriləcək. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb. Natiq Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.