Xəbər verdiyimiz kimi, ötən həftənin sonu ürəyində problem yaranan nazir Natiq Əliyev Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılmışdı. Natiq Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.

Unikal.org xəbər verir ki, İstanbulda vəfat edən Azərbaycanın energetika naziri Natiq Əliyevin cənazəsi bu gün xüsusi təyyarə ilə Bakıya yola salınıb. Nazirlə vida mərasimi bu gün saat 12:00-da Şəhriyar adına Mədəniyyət Mərkəzində keçiriləcək. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Mərhum nazirin məzarı artıq hazırlanır.

Natiq Əliyevin son mənzilindən olan fotoları təqdim edirik: