Sabirabad rayonunda sürücü faciəli şəkildə ölüb.
Unikal.org xəbər verir ki, bu barədə apa-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, Sabirabad rayonu ərazisində idarə etdiyi "KamAZ markalı avtomobilin əyləc sisteminin sıradan çıxdığını görən sürücü özünü yerə atıb. Nəticədə o idarə etdiyi maşının altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.