Xəbər verdiyimiz kimi, Azərbaycanın energetika naziri Natiq Əliyevin cənazəsi bu gün xüsusi təyyarə ilə İstanbuldan Bakıya gətirilib.
Unikal.org xəbər verir ki, artıq mərrhum nazirin nəşi Şəhriyar adına Mədəniyyət Mərkəzindədir. Natiq Əliyevin oğlu Fərhad Əliyev və gəlini Safura da mərasim yerindədir.
Qeyd edək ki, nazirlə vida mərasimi bu gün saat 12:00-da Şəhriyar adına Mədəniyyət Mərkəzində keçiriləcək. Mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq.