Masallıda yanğın hadisəsi qeydə alınıb.

Unikal.org-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, rayonun Xanalıyan kəndində vətəndaşa məxsus ZİL markalı yük avtomobilinin banına yığılmış 4 ton ot bağlamasının 3 tonu və ətrafda 200 m2 sahədə quru ot yanıb.

Ot bağlamasının qalan hissəsi və avtomobil yanğından mühafizə olunub.