Vaşinqtonda özəl məktəbin direktoru Diana Smit yay tətilində smartfon və planşetlərdən uzaq duran hər bir uşağa 100 dollar verəcəyini vəd edib.

Unikal.org xəbər verir ki, buna qədər direktor həftənin hər ikinci gününü texnikasız gün elan edibmiş. Niyyəti uşaqları yavaş-yavaş telefon və internet asılılığından uzaqlaşdırmaqdır.

"Şəxsən uşaqların belə yolla ələ alınmasını heç sevməmişəm. Amma indi başqa çarəm yoxdur. Onları internet asılılığından heç cür çıxarmaq olmur", - deyə direktor bildirib.

Diana Smit bildirib ki, 2008-ci ildən bu məktəbə rəhbərlik edir və hər il keçdikcə uşaqların real həyatdan necə qopduğunu görür. Onun sözlərinə görə, bütün günü, hətta gecəni internetdə keçirən uşaqlar səhər dərsdə yatırlar.