Xalq artisti Könül Xasıyeva haqqında bu günlərdə yayılmış yalan xəbərlərdən çox məyus olmuşdum...
Unikal.org teleqraf.com-a istinadən bildirir ki, bu sözləri tanınmış teleaparıcı və xeyriyyəçi Hacı Nuran deyib.
Aparıcı yayılan yalan xəbər haqda da danışıb:
"Xəbəri yayanlar ucuz reklama əl atmışdılar. Onları vicdanları ilə baş-başa buraxıram. Əsas sizə şad xəbərim var. Könül Xasıyeva üçün lazım olan vəsait toplanır və biz artıq, onu müalicə üçün xəstəxanaya yerləşdirmək üzrəyik".
Dörd illik fasilədən sonra o, "Həyat" Fondunun dəstəyi ilə ATV telekanalında yenicə yayıma başlamış "Həyat" adlı sosial proqram haqda da məlumat verib.
"Mən əminəm ki, hər bir insan müəyyən dərəcədə xeyriyyəçidir. Biz qəlbində mərhəmət hissi olanlarla mərhəmətə ehtiyacı olanları "Həyat" adlı körpüdə birləşdiririk. İnsanlara kömək üçün tələsmək lazımdır. Hər günün, hər saatın öz hökmü var..." - tele-aparıcı deyib.
Qeyd edək ki, Hacı Nuran uzun illər "Xəzər" telekanalında yayımlanmış "Xeyir körpüsü" proqramından tanınıb. O, xərçənglə mübarizə apararaq, xəstəliyə qalib gələn məşhurlardandır.