Daxili işlər naziri Ramil Usubov kadr dəyişikliyi edib.
Unikal.org Bakupost-a istinadən xəbər verir ki, o, Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi İlham Paşayevi yaş senzi ilə əlaqədar tutduğu vəzifədən azad edib. Nazir digər bir əmri ilə onun yerinə Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi Müslüm Quliyevi təyin edib.
Qeyd edək ki, İlham Paşayevin adı ictimaiyyətə ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin işindən, məsələ ilə bağlı yayılan videolardan bəllidir. O, keçmiş rektorun bəzi pul əməliyyatlarında iştirakçı olmaqda, vəzifəsindən sui-istifadə etməkdə ittiham olunurdu.