Qazax rayonunda 8 yaşlı uşaq suda boğulub.

Unikal.org bildirir ki, APA-nın Qərb bürosunun məlumatına görə, rayonun Dəmirçilər kənd sakini 2009-cu il təvəllüdlü Bayramov Nihad Mürşüd oğlu kəndin ərazisində süni yaradılmış göldə boğulub.

N. Bayramovun cəsədi göldən çıxarılaraq ailəsinə təhvil verilib. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.