"Ağır vəziyyətdə daxil olan və kəskin reanimasyon tədbirlərə ehtiyac olan heç bir xəstəmiz yoxdur. Ümumi 5 gün ərzində daxil olmuş xəstələrin sayı 119-dur. Bütün xəstələrə müvafiq yardımlar göstərilib.
Unikal.org-un məlumatına görə bu sözləri yerli telekanala açıqlamasında Sumqayıt Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədli deyib.
Baş həkim qeyd edib ki, xəstələrdən 71 nəfəri artıq evə buraxılıb. Hazırda isə xəstəxanada 48 uşaq ciddi nəzarət altındadır.
Vəziyyətlərinə gəldikdə isə M.Məmmədli bildirib ki, uşaqların səhhətləri normalıdr və narahatçılıq üçün heç bir bir əsas yoxdur: "Evə yazılmış xəstələrin heç biri təkrar müraciət şəklində xəstəxanaya daxil olmayıb. Bu da ümumi vəziyyətin nəzarət altında olduğunu və xəstələrdə heç bir ağırlaşmanın olmadığını bir daha sübut edir.