Azərbaycanın əməkdar artisti, "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri və rejissoru Tahir İmanov mərhum Energetika naziri Natiq Əliyevlə bağlı xatirlərini bölüşüb.

O, Unikal.org-a deyib ki, Natiq Əliyevlə çox gözəl münasibətləri olub: "Ailəsinə, oğlu dostumuz Fərhada səbr diləyirik. Balalarına elə tərbiyə versin ki, gəlcəkdə Natiq Əliyev kimi vətənpərvər, böyük şəxsiyyət olsunlar.
Natiq Əliyevlə bizim çox gözəl münasibətimiz var idi. Mən o insanın yanında olanda, heç vaxt hiss etmirdim ki, bu adam nazirdir. Özünü elə sadə, səmimi aparırdı, insanla elə zarafatlaşırdı ki, sanki yanında sənin həmyaşıdındır.
Azərbaycanda nazirlər, məmurlar çox olub. Təəssüflər olsun ki, özündən sonra ad qoyanları azdır. Mən gözümü açıb Əliş Lənbəranski adını eşitmişəm. Onun adı gələndə hamı hömətlə danışırdı. Bu ad mənim üçün bir brend idi. Bundan başqa, 90-cı illərdə biz Rafiq Xələfov kimi çox gözəl vətəndaşımızı itirdik. O da məmur və gözəl insan idi. Demək istəyirəm ki, belə adamlar indi azdır. Natiq Əliyevin vəfatı Azərbyacan üçün çox böyük itkidir. Biz bunu sonra hiss edəcəyik.

T. İmanov bəzi saytlara iradını da dilə gətirib: "Bir çox saytlar Natiq Əliyevin sağlığında adını qeyd etmirdilər, yazırdılar ki, "nazirin gəlini filan iş gördü. Bəyəm, gəlinin adı yoxdur? Demək istəyirəm ki, həmin gəlinin adı Safuradır, soyadı Əliyeva. O, Azərbaycanı təmsil edən xanım idi. Öləndən sonra hamı Natiq Əliyevin adını yazmağa başladı. Hər bir nazirin adı var. Natiq Əliyev həqiqətən böyük şəxsiyyət olub. O mənim üçün nazir deyildi, şəxsiyyət idi. Çünki, xaricdə Azərbaycanın ən böyük maraqlarını təmsil edirdi. 90-cı illərdə çətin zamanlarda Rusiya deyəndə ki, ""Əsrin müqaviləsi alınmayacaq, digər ölkələr bu işə müdaxilə edəndə, Natiq Əliyev Azərbaycanın maraqlarından çıxış edirdi. O, ümumilli lider Heydər Əliyevlə çiyin-çiyinə çalışan bir şəxsiyyət idi. Ona görə də bəzi saytlara üz tutub demək istəyirəm ki, bizim KVN-dəki zarafatımızda dedyimiz kimi, yazanda əvvəlcə sözü "rastamoşka etsinlər. Bizim ən böyük problemimiz odur ki, üzr istəməyi bacarmırıq və bunu qəbahət bilirik. Üzr istəmək öz səhvini anlamaq və onu düzəltməkdir.

Həsən Babayev