Milli Məclisin deputatı, "Qasid firmasının rəhbəri seyid Mirkazım Kazımov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Cənub Regional qazisi Hacı Mirqiyas Təhməzov tərəfindən Elnur Tağıyevə seyidlik vəsiqəsi verilməsi məsələsinə münasibət bildirib.
Unikal.org xəbər verir ki, M.Kazımov "Ölkə.Az"-a açıqlamasında deyib ki, bu cür müzakirələrin aparılması doğru deyil:
"Xahiş edirəm ki, bu məsələ ilə bağlı mənə də sual verməyin. Mən bununla bağlı heç nə deyə bilmərəm. Hansısa axmaq bir adam durub nə isə edir. İndi buna mən nə cavab verim?".
Seyid deputat qeyd edib ki, ümumiyyətlə seyidlik nəsildən, kökdən gəlir:
"Seyid ərəb sözüdür, savadlı elm adamına deyilir. Ancaq yeri gəldi, gəlmədi "mən seyidəm" demək də doğru deyil. İndi durub deyim ki, mən də seyidəm? Bu doğru deyil. Kim nə edir etsin, mən öz seyidliyimi qoruyacam. Hər kəs öz əməlinə görə cavabdehdir".
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin Cənub Regional qazisi Hacı Mirqiyas Təhməzovun Elnur Tağıyevə seyidlik vəsiqəsi verməsi ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.