Balakəndə 55 yaşlı kişi qidadan zəhərlənib.

Unikal.org ARB-yə istinadən xəbər verir ki, rayonun Şərif kənd sakini Səməd İsayev zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Müayinə zamanı məlum olub ki, Səməd İsayevin şam yeməyi zamanı qəbul etdiyi qidalardan biri köhnə balıq olub.

İlkin ehtimala görə, şəxs balıqdan zəhərlənib. Mədəsindən götürülmüş qida nümunələri analiz edildikdən sonra, nədən zəhərləndiyini dəqiq söyləmək mümkün olacaq.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən zərərçəkənə lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.