Ötən həftənin axırlarında Sumqayıt şəhəri və ətraf qəsəbələrdə uşaqlar arasında yayılmış rotavirus infeksiyası ilə bağlı xəstəxanaya çatdırılan uşaqların müalicəsi davam edir. Son 4 gün ərzində müraciət edən uşaqların əksəriyyəti evə buraxılıb.

Unikal.org-un məlumatına görə, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov da uşaqların vəziyyəti ilə yaxından tanış olmaq üçün xəstəxanada olub. Şəhər rəhbəri bir-bir palataları gəzərək uşaqların vəziyyəti ilə yaxından tanış olub.

Şəhər rəhbərinə məlumat verildi ki, hazırda xəstəxanaya ağır vəziyyətdə daxil olan və kəskin reanimasyon tədbirlərə ehtiyacı olan xəstə yoxdur.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov mövcud vəziyyətlə bağlı tibb işçilərinə öz tapşırıq və tövsiyyələrini verib.

DSC_0002

DSC_0022

DSC_0057

DSC_0062

DSC_0072

DSC_0085