Sarımsaq antioksidant tərkibli qidadır və sağlamlığımız üçün olduqca faydalıdır. Bəs sarımsağa süd əlavə etdikdə bu faydalarının iki dəfə artdığını və demək olar ki, bütün sağlamlıq problemlərinə faydalı olduğunu bilirsinizmi?

Unikal.org sarımsaqlı südün faydalarını sadalayır. Faydalarını öyrəndikdən sonra sarımsaqlı süd sevimli içkilərinizdən biri olacaq.

Astma xəstəliyi

Hər gün bir stəkan südə əlavə edəcəyiniz bir diş sarımsaq astma probleminə olduqca faydalıdır.

Kişilərdə iqtidarsızlıq

Bu cür problemləri olan kişilər üçün çox faydalıdır. Bundan başqa övlad sahibi ola bilməyən qadın və kişilər qaynadılmış sarımsaq dilimlərini yeməklə problemi aradan qaldıra bilərlər.

Sətəlcəm

Bir gündə 3 stəkan içilən sarımsaqlı süd sətəlcəm xəstəliyinin keçməsinə yardımçı olur.

Sarılıq

Bədəndən toksinləri atmaq üçün sarımsaq olduqca faydalı bir qidadır. Südlə qarışdığında isə bu faydaları iki qat çoxalır. Sarılıq əsasən qaraciyərdəki problemdən qaynaqlanır.
Bir stəkan südə əlavə etdiyiniz bir diş sarımsaq sarılıq problemini də həll etməyə yardımçı olur.

Oynaq ağrıları

Ayaqlarda, ombalarda və digər oynaqlarda yaranan ağrılar üçün sarımsaqlı süd olduqca faydalıdır.(ailem.az)