Bir müddət əvvəl mətbuatda Quba rayon Söhüb kənd orta məktəbinin müəllimi Ruslan Əlimustafa oğlu Zərbalıyevin oteldə damarlarını kəsərək intihara cəhd etməsi barədə xəbər yayıldı. Faktla bağlı araşdırma aparıldığı qeyd olunurdu.
Unikal.org-un əldə etdiyi məlumata görə, R.Zərbalyev araşdırma aparıldığı üçün müvəqqəti olaraq işdən azad olunub. Məlumatı dəqiqləşdirmək üçün Söhüb kənd orta məktəbinin direktoru İlqar Xələfovla danışdıq. O, bildirdi ki, Ruslan müəllimlə tez-tez əlaqə saxlayır: "İşdən azad olunmayıb. Səhhəti normaldır. Xəstəxanadan evə buraxılıb. Yəqin ki, yaxın zamanda işə çıxacaq.
Quba Təhsil şöbəsinin müdir müavini Pərviz Nurməmmədov da R.Zərbalıyevin işdən azad olunmadığını dedi: "Ruslan müəllimin işdən azad oluması ilə bağlı xəbər doğru deyil. Maraqlanmışıq, vəziyyəti yaxşıdır.
Müəllimin atası Əlimustafa Zərbalıyev Unikal.org-a açıqlamasında bundan sonra mətbuatda oğlu ilə bağlı məlumat getməsinin əleyhinə olduğunu bildirib: "Oğlumla bağlı heç nə yazmayın. Yazırsınız, problem yaranır.
E.Rüstəmov