Yağışlı hava ilə əlaqədar olara paytaxtın iki əsas avtomagistralı- Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

13:54

Yağışlı hava ilə əlaqədar paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/ saat endirilib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, sürət həddinin endirilməsində məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Qurum həmçinin bildirir ki, Rəşid Behbudov küçəsi istisna olmaqla hazırda paytaxtın digər küçə və prospektində nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir.

Bütün sürücülərdən yollardakı sürət həddinə əməl etmələri xahiş edilir.