Altıncı Muğam Televiziya Müsabiqəsinin qalibi-baş mükafatçısı Almaxanım Əhmədli AZTV-nin solisti olacaq.

Unikal.org -un məlumatına görə bu barədə müsabiqə bitəndən sonra AZTV-nin sədri Arif Alışanov bildirib. Belə ki, gənc xanəndə avqust ayında 16 yaşı tamam olduqdan sonra telekanalda solist kimi fəaliyyətə başlayacaq.

A.Alışanovun göstərişinə əsasən Almaxanım Əhmədlinin müsabiqə ərzində oxuduğu dəstgahlar teleradionun "qızıl fond"unda saxlanılacaq.

Xatırladaq ki, Almaxanım Əhmədlinin tanınmış şair, professor Vüqar Əhmədin qızıdır. Müsabiqə onun müəllimi əməkdar artist Təyyar Bayramov olub.