Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bu gün keçirilən növbədənkənar plenar iclasında "İşsizlikdən sığorta haqqında qanun layihəsinin müzakirəsi zamanı bəzi deputatlara xəbərdarlıq edib.
Unikal.org-un xəbərinə görə, B.Muradova bəzi deputatların iclasda sakitliyə riayət etməmələrinə irad tutub: "Kimin özəl söhbəti varsa, çölə çıxsın. Burada səsinizdən iclasdakı müzakirələri eşidə bilmirik.
Parlamentin Komitə sədri Hadı Rəcəbli buna görə B.Muradova təşəkkürünü bildirib.