"Baku City Tour" turistik avtobuslarının fəaliyyəti dayandırılır.

Mədəniyyət və Turizm Nazirliyindən unikal.org-a verilən məlumata görə, Bakı Turizm İnformasiya Mərkəzi 12 iyun - 5 iyul tarixlərində Formula 1 yarışlarının keçirilməsi dövründə əsas şəhər istiqaməti olan magistral yolların baglanmasını nəzərə alaraq, "Baku City Tour" turistik avtobuslarının fəaliyyəti müvəqqəti dayandırılır.

Bununla belə, "Sprinter" turistik mikroavtobuslarla Bakının sakinləri, turist və qonaqları üçün "Qobustan Dövlət Tarixi-Bədii Qoruğu", "Atəşgah Məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, "Yanardağ", "Qala Tarix Etnoqrafiya Qoruğu"na ekskursiyalar təşkil ediləcək.