"Space Müstəqil Teleradio Şirkətinin (Space TV) "Hər gün informasiya proqramının keçmiş baş redaktoru Elman Gədikli "Lider televiziyasının Xəbərlər departamentinin baş redaktor müavini vəzifəsinə təyin edilib.

Unikal.org-un bakupost.az-a istinadən məlumatına görə, E.Gədikli işə bir neçə gündür ki, başlayıb.

Qeyd edək ki, E.Gədiklinin Space TV-dən çıxarılma göstərişini Təhsil naziri Mikayıl Cabbarovun verdiyi iddia edilirdi. Belə ki, təhsil sistemi haqda tənqidi süjetdən sonra M.Cabbarov "Spacein rəhbəri Vaqif Mustafayevə zəng edib, iradını bildirib. Daha sonra E.Gədikli işdən çıxarılıb. Onun yerinə Azadə Balayeva təyin olunmuşdu.