Badamdar qəsəbəsinin içməli su təchizatında 14 iyun saat 15:00-a qədər fasilə olacaq.

Unikal.org xəbər verir ki, bu barədə Azərsu ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Anar Cəbrayıllı məlumat yayıb.

O, bildirib ki, buna səbəb qəsəbəni içməli su ilə təmin edən nasosxananın elektrik təchizatı sistemini ildırım vurmasıdır.

Qeyd edilib ki, Azərsu ASC-nin mütəxəssisləri hazırda hadisə yerində qəzanın nəticələrini aradan qaldırırlar.