Bu gün Azərbaycanda 2016/2017-ci dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində "Son zəng çalınır.
Unikal.org-un xəbərinə görə, 2016/2017-ci tədris ilinin sonuna olan proqnoz üzrə respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638, XI siniflərini 84 088, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 şagird bitirir.
2017-2018-ci tədris ilinin əvvəlinə 164 945 nəfərin I siniflərə qəbulu gözlənilir.
2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfini 27 708, XI sinfini 19 525 nəfər bitirəcək. Paytaxtda 45 321 nəfər I sinfi, 599 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi siniflərdə) başa vuracaq. I sinfə şagird qəbulu ilə bağlı hazırda elektron sistem vasitəsilə 44 000-dən çox uşaq qeydiyyatdan keçib ki, onlardan 40 805-i ümumi təhsil məktəblərinə, 3 359 nəfəri isə lisey və gimnaziyalara sorğu yerləşdirib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 95 faizindən çoxdur.
Təhsil naziri Mikayıl Cabbarov "Son zəng tədbirlərinin təşkil edilməsi barədə əmr imzalayıb. Əmrə əsasən, "Son zəng tədbiri iyunun 14-də hər bir müəssisənin ərazisində təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycanda tədris ili sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq.