AzTV-nin məşhur verilişlərindən olan "Kinoklubun yaradıcısı Etibar Babayev kanaldan ayrılıb.

Unikal.org-un qafqazinfo-ya istinadən əldə etdiyi məlumata görə, adıçəkilən kanalda həm də bədii rəhbər vəzifəsini tutmuş Babayev Lider TV-də eyni posta təyin olunub.

Bundan başqa, AzTV-də fəaliyyət göstərən tanınmış rejissorlar İsfəndiyar Məcidoğlu və Elnur Məmmədov da Lider TV-yə keçiblər. Onların hər ikisinə bu kanalda məsul rejissor vəzifəsi həvalə olunub.

Teleməkanda "Tarik ləqəbi ilə tanınan operator Tanrıverdi Tanrıverdiyevin də bu şəxslərlə birgə Lider TV-yə işə düzəldiyi bildirilir.