Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, Biləcəri qəsəbəsində küçədə oynayan 2014-cü il təvəllüdlü Mirzəliyeva Selcan Pünhan qızının üzərinə hasardan daş parçası düşüb.
Nəticədə o, onurğa sütunundan xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Uşağın vəziyyəti orta-ağırdır.